• cümə axşamı, 18 aprel, 10:56
  • Baku Bakı 12°C

“Tort hazırdır, indi bizə albalı lazımdır”

11.12.18 11:20 727
“Tort hazırdır, indi bizə albalı lazımdır”
"Napoli”nin baş məşqçisi Karlo ançelotti Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Liverpul”la keçiriləcək oyundan əvvəl fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Ançelotti qrupdakı durumu analiz edib. O, "Enfild”də müdafiədə oturmayacaqlarını da vurğulayıb:
"Hələ ki, işlərimiz yaxşı gedir. Bizim kiçik üstünlüyümüz var. Tort hazırdır, indi bizə albalı lazımdır.
Qrupdan çıxmaq üçün son addımı atmalıyıq. Ancaq "Enfild”ə müdafiədə oturmaq üçün gəlməmişik. Burda futbol oynamağı planlaşdırırıq”.
"Napoli” 9 xal toplayaraq qrupda ilk sırada qərarlaşıb. "Liverpul”un 6 xalı var. "Liverpul” qrupdan çıxmaq üçün "Napoli” ilə oyunda ya 1:0, ya da 2 top fərqi ilə qalib gəlməlidir.
banner

Oxşar Xəbərlər