Torres onun yanına qayıtmaq istəyir
Fernando Torres qış transfer pəncərəsi zamanı "Atletiko”dan ayrılmaq
istəyir.
Kaspi.az xəbər verir ki, Torres meydanda az olmasından narazıdır. O,
yenidən İngiltərə Premyer Liqasında oynamaq variantını da istisna etmir.
Torres "Liverpul”da rəhbərliyi altında oynadığı Rafael Benitesin də
yanına getməyin əleyhinə deyil. Benites hazırda "Nyukasl”ı çalışdırır.
33 yaşlı hücumçunun "Sautqempton”da da qərar tutmaq ehtimalı var.
"Atletiko" Çempionlar Liqasının qrup mərhələsində
"Qarabağ"ın rəqiblərindəndi.