• cümə axşamı, 02 may, 02:09
  • Baku Bakı 15°C

Toqquşmalarda jurnalist də öldürülüb - Ukraynada

19.02.14 08:48 1043
Toqquşmalarda jurnalist də öldürülüb - Ukraynada
APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, fevralın 18-də silahlı şəxslər Vyaçeslav Veremiy və həmkarı Aleksey Lımarenkonun mindiyi taksiyə hücum ediblər.
Kaska, maska və kamuflyaj geyinmiş kişilər işıqforda dayanmış avtomobilə “Molotov kokteyli” atdıqdan sonra onun içindəki adamları döyməyə başlayıblar. Sinəsindən güllə yarası alan jurnalist ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, son bir sutka ərzində Kiyevdə 27 jurnalist xəsarət alıb.
banner

Oxşar Xəbərlər