• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Topu zorla aldı, Salahı penalti vurmağa qoymadı

22.04.19 12:30 613
Topu zorla aldı, Salahı penalti vurmağa qoymadı
"Lievrpul” Premyer Liqanının 35-ci turunda səfərdə "Kardiff Siti”yə qalib gəlib – 2:0.
Kaspi.az xəbər verir ki, "Liverpul” ikinci qolu vurarkən, futbolçular arasında kiçik münaqişə yaşanıb. Məhəmməd Salah özünün qazandığı penaltini özü yerinə yetirmək istəyib.
Ancaq Ceymis Milner ona yaxınlaşaraq topu misirlidən demək olar ki, zorla alıb. Salah ona iradını bildirsə də, topu könülsüz şəkildə də olsa, Milnerə verib. O isə penaltini dəqiq yerinə yetirib. Ancaq qol vurduqdan sonra Salah onu təbrik etməyib.
Salah Aquero və Obameyanqla birgə bombardirlər yarışına başçılıq edir.
banner

Oxşar Xəbərlər