• çərşənbə axşamı, 19 mart, 09:00
  • Baku Bakı 8°C

““Toppuş bacı“nın toyunda ayaqyalın oynayacağam“

17.05.13 14:10 2372
““Toppuş bacı“nın toyunda ayaqyalın oynayacağam“
Əməkdar artist Ülviyyə Əliyeva yaxın zamanlarda nikah masasına oturacaq.
O, Axşam.az saytına açıqlamasında bəzi problemlərə görə toyun gecikdiyini deyib:
“Əslində nişan çoxdan olmalıydı. Sadəcə, araya maneələr çıxır və məsələ uzanır. Bu il nişanı rəsmiləşdirəcəyik. Gələn il isə mütləq toy olacaq. Ailə həyatı quracağım insan haqqında çox danışmaq istəmirəm”.
Aktrisanın sözlərinə görə, həmkarı Tünzalə Əliyevanın nişan mərasimində iştirak etməyib:
“Toppuş bacı"nın nişanında olmağı çox istəyirdim. Amma həmin gün işlərim olduğundan gedə bilmədim. Ona cehizlik üçün hədiyyə bağışlamışam. Söz vermişəm ki, toyunda ayaqyalın oynayacağam”.
banner

Oxşar Xəbərlər