• çərşənbə, 24 Aprel, 07:06
  • Baku Bakı 13°C

Toppuş bacını kimlər və niyə təhqir edirlər?

05.06.13 13:56 2159
Toppuş bacını kimlər və niyə təhqir edirlər?
Axşam.az bildirir ki, sənətçilər forumlarda həmkarlarının ünvanına deyilən fikirlərə üsyan ediblər.
Müğənni Emma Ələkbərzadənin əməkdar artist Tünzalə Əliyeva haqqında sosial şəbəkədə yazılanlara münasibəti belə olub:
““Toppuş bacı” ailə həyatı qurdu, ona xoşbəxtlik arzulamaqdansa, təhqir edirlər. Bunu edənlərin əksəriyyəti kişilərdir. Hələ bizim dəbli, qlamur xanımlarımıza baxın...Ondan əl çəkin. Qoyun xoşbəxt olsun. Tünzalənin çəkisinin nə fərqi var, ürəyi ki, gözəldir. Geyinib-keçinməklə heç nə əldə etmirsiz, başınız boşdur. Öz həyatınızı yaşayın, məşhurlardan əl çəkin”.
Sənətçilərin təhqir olunmasından bezən digər məşhur isə müğənni Roza Zərgərli olub:
“Məşhur insanların xoş günlərində haqlarında xoş olmayan sözlər yazanlara bu hərəkəti yaraşdırmıram. Azərbaycanlı olan hər kəsin xoşbəxt gününə, toyuna, övladının dünyaya gəlməsinə ancaq sevinilməlidir. İnsanların xoş günündə onlarla bir olmaq lazımdır. Hər kəsin xoşbəxt olmağa haqqı var".
banner

Oxşar Xəbərlər