• cümə axşamı, 25 aprel, 00:52
  • Baku Bakı 19°C

“Toppuş bacı“ ilk dəfə toyu haqda danışdı

09.07.13 15:08 2927
“Toppuş bacı“ ilk dəfə toyu haqda danışdı
Həftəsonu ailə həyatı quran əməkdar artist Tünzalə Əliyeva toyu ilə bağlı ilk təəssüratlarından danışıb. Aktrisa Axşam.az saytına açıqlamasında toyun Ağdaşda baş tutduğunu və hər şeyin ürəyincə olduğunu deyib:
“Çox gözəl idi. Mərasim Ağdaşda şadlıq evlərinin birində keçirildi. Qaynatam mənə sürpriz hazırlamışdı. Bilirsiniz ki, ailəmizdə itki olduğundan xına mərasimim baş tutmadı. O, toydan sonra evimizin həyətində mənim üçün böyük bir məclis təşkil edib, xına mərasimi keçirdi. Bundan böyük sürpriz ola bilməzdi”.
Tünzalə bal ayını Azərbaycanın bölgələrində keçirəcəyini deyib: “İşlərimizlə əlaqədar xaricə gedə bilmirik. Bir neçə gündən sonra Bakıya qayıdacam, çəkilişlərimi başa vurduqdan sonra bal ayı üçün öz rayonlarımıza yollanacağıq".
banner

Oxşar Xəbərlər