• cümə axşamı, 25 aprel, 17:42
  • Baku Bakı 23°C

Topaz Premyer Liqasının təqvimi dəyişdi

28.01.14 13:50 1338
Topaz Premyer Liqasının təqvimi dəyişdi
Futbol üzrə Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, buna Azərbaycan milli komandasının martın 1-dən başlanacaq təlim-məşq toplanışı və martın 5-də keçirəcəyi yoldaşlıq görüşü səbəb olub.
XXI turun “Bakı” – “Neftçi” oyunu fevralın 16-dan fevralın 15-ə salınıb. Eyni zamanda XXII turun bütün görüşləri fevralın 19-da, XXIII turun bütün görüşləri fevralın 23-də, XXIV turun bütün görüşləri isə fevralın 28-ə keçirilib.
Qeyd edək ki, millimizin toplanış məkanı və rəqibi hələ müəyyənləşməyib.
banner

Oxşar Xəbərlər