AZE | RUS | ENG |

Topaz Premyer Liqası: “Simurq” lider oldu

Topaz Premyer Liqası: “Simurq” lider oldu
Zaqatala komandası ən yaxın izləyiciləri AZAL və “Qarabağ”ı 3 xal geridə qoydu

Futbol üzrə Topaz Premyer Liqasının VI turunu Zaqatalanın “Simurq” klubu vahid lider kimi tamamlayıb. Baş məşqçi Georgi Çixradzenin komandası evdə autsayder “Kəpəz”ə qalib gəlib – 2:1.
Hesabı Gəncə təmsilçisi açsa da, “Simurq” tezliklə bərabərlik, son dəqiqələrdə isə qələbə topunu vurub. Bununla da xallarını 14-ə çatdıran Zaqatala komandası ən yaxın izləyiciləri AZAL və “Qarabağ”ı 3 xal geridə qoyub. Amma AZAL-ın ehtiyatda bir oyunu var. “Kəpəz” isə sonuncu pillədə qalıb.
Bununla belə, “Simurq”un qapıçısı David Petrjkeviçin quru seriyası qırılıb. Polşalı qapıçı Topaz Premyer Liqasında ilk qolunu VI turun “Kəpəz”lə oyununda buraxıb. Bunadək meydana çıxıb əvəzolunmadan keçirdiyi 4 qarşılaşmada qol buraxmayan Petrjkeviç Şahin Kərimovun 20-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb. Bununla da polşalının Azərbaycandakı seriyası 380-cı dəqiqədə qırılıb.
Qeyd edək ki, “Simurq” 2007/2008-ci il mövsümündəki (3 - 6-cı turlar) quru seriya rekordunu təkrarlasa da, yeniləyə bilməyib.

Mahmud Qurbanov (“Kəpəz”in baş məşqçisi): “Futbolçularım bu gün qələbə qazanmaq üçün çox istəkli idi. Oyunun heç-heçə çatması ədalətli nəticə olardı. Əsasən gənc futbolçularla meydana çıxmışdıq. “Simurq”a gələcək oyunlarda uğurlar arzu edirəm”.

Georgi Çıxradze (“Simurq”un baş məşqçisi): “Mahmud Qurbanov “Kəpəz”in baş məşqçisi təyin olunduqdan sonra bu komandada irəliləyiş hiss olunur. Bu qarşılaşmanın çətin keçəcəyini bilirdik. “Xəzər Lənkəran”la gərgin oyundan sonra futbolçularımda yorğunluq hiss olunurdu. Standart vəziyyətdən qapımızda qol gördük. Ancaq komandam özünü tez ələ aldı və qələbə qazana bildik. Bu qələbəni azarkeşlərimizə ərmağan edirik. “Kəpəz”ə gələcək oyunlarda uğurlar arzulayıram”.

24 sentyabr

“Qəbələ” – “Rəvan” (Bakı) – 1:3
Qollar: Aleksandr Çertoqanov, 37 – Xuan Varela, 23. Kristian Torres, 64. Nuran Qurbanov, 90
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 71 (“Qəbələ”)

“Sumqayıt” – “Neftçi” (Bakı) – 3:2
Qollar: Orxan Əliyev, 12. Pərdis Fərcad Azad, 55. Murad Ağayev, 74 - Xəyal Mustafayev, 56-öz qapısına, Nilosa Kanales, 60

“Simurq” (Zaqatala) – “Kəpəz” (Gəncə) – 2:1
Qollar: Stepan Polyak, 25. Martsin Burhardt, 85 – Şahin Kərimov, 20

23 sentyabr

“Turan” (Tovuz) – “Qarabağ” (Ağdam) - 0:1
Qol: Rəşad Sadıqov, 85-penalti ilə

AZAL – “İnter” - 0:0

Qeyd edək ki, turun “Xəzər Lənkəran” – “Bakı” matçı dekabrın 6-a təxirə salınıb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991