AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Topaz Premyer Liqası: Final mərhələsinin ilk turu açıqlandı

Topaz Premyer Liqası: Final mərhələsinin ilk turu açıqlandı

İdman
07 Mart 2013, 11:47 1413
Futbol üzrə Topaz Premyer Liqasında final mərhələsinin ilk turunun proqramı açıqlanıb. Lent.az-ın məlumatına görə, çempionatın XXIII turuna martın 11-də 1 oyunla start veriləcək.

İkinci “6-lıq”da yer alan “Sumqayıt” və “Turan” komandaları saat 16:00-da Bakıdakı “Bayıl Arena”da üz-üzə gələcəklər. Ertəsi gün daha 3 oyun olacaq. Tura martın 13-də daha 2 matçla yekun vurulacaq.

11 mart (bazar ertəsi)

16:00. “Sumqayıt” - “Turan” (Tovuz)
Bakı, “Bayıl Arena”

12 mart (çərşənbə axşamı)

15:00. “Bakı” – “Neftçi” (Bakı)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

15:00. “Rəvan” (Bakı) - “Xəzər Lənkəran”
Bakı, “Bayıl Arena”

17:00. “Simurq” (Zaqatala) – “Qarabağ” (Ağdam)
Zaqatala şəhər stadionu

13 mart (çərşənbə)

15:00. “Qəbələ” – “İnter” (Bakı)
Qəbələ şəhər stadionu

15:00. “Kəpəz” (Gəncə) – AZAL (Bakı)
Bakı, “Dalğa Arena”.

Qeyd edək ki, hakimlər briqadası oyun günləri açıqlanacaq.