• çərşənbə, 24 Aprel, 23:29
  • Baku Bakı 23°C

Tomas De Vaal: "Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb"

20.03.18 15:40 491
Tomas De Vaal: "Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb"
"Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb. Ölkədə böyük vətənpərvərlik hissi yaradıb, xalq rəhbərliyin ətrafında sıx birləşib. Apreldə baş verənlər ölkədə güclü vətənpərvərlik dalğası yaratdı, xalq rəhbərlik ətrafında birləşdi və bu daİlham Əliyevə bəzi müsbət nəticələr gətirdi. Bu səbəbdənİlham Əliyevbunu təkrarlaya bilər".
APA-nın məlumatına görə, bunu Karnegi fondunun elmi əməkdaşı Tomas de Vall, Cənubi Qafqaz üzrə ekspert Tomas De Vaal Ermənistanin "1in.am" saytına müsahibəsində bildirib.
De Vaal erməni jurnalistlərin Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsi ilə bağlı suallarına cavab olaraq deyib ki, azərbaycanlılar torpaqlarını, evlərini itirib, buna görə də status-kvo Azərbaycan üçün sərfəli deyil. Ekspert Azərbaycanın mövcud vəziyyətlə barışmayacağını da vurğulayıb. De Vaal Azərbaycanın hərbi ritorikasının Ermənistan hakim dairələrini və erməni ictimaiyyətini də təşvişə saldığını qeyd edib.
Ekspert Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə bağlı sualı da cavablandırıb: "İlham Əliyevseçkilərin vaxtını dəyişdi, çünki bunu etməyə haqqı, imkanı var. Azərbaycan iqtisadiyyatı hazırda əlverişli vəziyyətdədirsə, o halda niyə gözləsin? Buna görə də seçkilərin mümkün qədər daha tez keçirilməsi qərarına gəldi. Bu addım müxalifət üçün gözlənilməz oldu və onlar təşkilatlana bilmədilər".
banner

Oxşar Xəbərlər