• cümə, 19 Aprel, 10:14
  • Baku Bakı 13°C

Tolik Natavandan üzr istəməlidir – QƏRAR

18.09.14 20:25 979
Tolik Natavandan üzr istəməlidir – QƏRAR
Müğənni Natavan Həbibinin prodüser Tarix Əliyevə qarşı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar qaldırdığı məhkəmə prosesinin növbəti iclası baş tutub.
“Qafqazinfo”nun xəbərinə görə, bu haqda sosial şəbəkədə prodüser Tolik məlumat yayıb. O bildirib ki, hakimin verdiyi qərara əsasən, Natavan Həbibidən üzr istəməlidir:
“Bu gün məhkəməm olub. Düzdür, heç bir prosesdə iştirak etməmişəm. Amma vəkilim dedi ki, hakim qərar verib ki, mən “İnstagram” səhifəmdə Natavandan üzr istəməliyəm və 10 gün bunu silməməliyəm. Möhtərəm hakim xanım, mən səhifəmdə heç kimi pulsuz reklam etmirəm, sizin qərarınızla razılaşmıram və işi Apellyasiya Məhkəməsinə verəcəm. Bununla sevinməsinlər ki, nəyəsə nail oldular. 25 min tələbini geri aldı ki, mən üzr istəyim. Mən əqidəli insanam. Zibil daşıyaram, küçə süpürərəm, amma üzr istəmərəm. Çünki Laçının işğal günü konsert verən müğənniyə bundan artıq söz deməyə məncə, haqqım çatır”.
banner

Oxşar Xəbərlər