AZE | RUS | ENG |

Tokioda sakuranın çiçəkləmə fəsli başlanıb

Tokioda sakuranın çiçəkləmə fəsli başlanıb
Martın 21-də Yaponiyanın paytaxtı Tokio şəhərində sakuranın çiçəkləmə fəsli başlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya Agentliyi məlumat yayıb.

Məsələ burasındadır ki, Yaponiyada bu məsələyə çox ciddi yanaşırlar və həmin fakt nəzarət üçün müəyyən edilən ağacda beş qönçə açdıqdan sonra təsdiq edilir. Tokioda nəzarət üçün seçilmiş sakura ağacı Yasukini məbədində yerləşir. Həmin ərəfədə Baş Meteorologiya Agentliyinin əməkdaşları gün ərzində bir neçə dəfə bu ağaca yaxınlaşaraq burda çiçəkləyən qönçələri sayırlar. Martın 21-də bu qönçələrin sayı beşi keçib və yalnız bundan sonra paytaxtda sakuranın çiçəkləməyə başladığı elan edilib.

Meteorologiya Agentliyinin bildirdiyinə görə, bu il sakura ötən ildəkindən dörd gün gec, orta illik göstəricidən isə beş gün tez çiçəkləyib.

Yaponlar uzun illər formalaşan adətlərə uyğun olaraq, həmin çiçəklərdən birlikdə zövq almağa çalışırlar. Yaponiyada həmin dövr "hanami” adlanır.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019