• cümə axşamı, 25 aprel, 19:05
  • Baku Bakı 21°C

Tokio olimpiadasının yeni tarixi məlum oldu

29.03.20 13:00 737
Tokio olimpiadasının yeni tarixi məlum oldu
Koronavirus pandemiyası üzündən təxirə salınmışTokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq.
"Report"un "New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, bununla bağlı rəsmi qərar bu gün açıqlanacaq.
Beynəlxalq Olimpiya Komitəsi (IOC) martın 29-da keçirəcəyi təcili görüşündə Tokio olimpiadasının yeni tarixini elan etmək niyyətindədir. Oyunların bağlanışı isə gələn ilavqustun 8-dəgerçəkləşəcək.
2021-ci il üçünidman təqviminin tərtib olunmasızamanı müəyyən çətinliklərin ortaya çıxacağı gözlənilir. Bununla belə, olimpiadanın builki tarixə bənzərgünlərdə təşkilinə qərar verilib. Səbəblərdən birikimi 1 milyard dollar ödəyərək,yayım hüququna yiyələnmiş "NBC Universal" üçün göstərilən tarixin ən yaxşı vaxt olduğu göstərilib.
Qeyd edək ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi.
banner

Oxşar Xəbərlər