AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tokio marafonunun təşkilatçıları Çin idmançılarını yarışda iştirakdan imtina etməyə çağırıblar

Tokio marafonunun təşkilatçıları Çin idmançılarını yarışda iştirakdan imtina etməyə çağırıblar

İdman
16 Fevral 2020, 10:00 1800
Tokio marafonunun təşkilatçıları koronavirus təhlükəsinə görə Çin idmançılarından könüllü olaraq bu yarışda iştirakdan imtina etməyi xahiş ediblər.
AZƏRTAC marafonun təşkilat komitəsinə istinadla xəbər verir ki, martın 1-də keçiriləcək bu böyük idman tədbirində 38 min idmançının iştirakı gözlənilir. Onların sırasında 1800 çinli atletin olduğu bildirilir.
Ötən həftə Tokio Marafonu Fondu elan edib ki, Çindən olan idmançıların ödədiyi iştirak haqqı qaytarılmayacaq, lakin əvəzində onlara gələn il bu tədbirə ödənişsiz qatılmaq imkanı yaradılacaq.
Eyni zamanda, Fond çinli idmançılara müraciət edərək, onlardan bu il bu tədbirə qatılmamağı xahiş edib.