• cümə axşamı, 25 aprel, 20:19
  • Baku Bakı 21°C

Tokio ilə Seul arasında ixraca nəzarətlə bağlı müzakirələr aparılacaq

21.09.19 14:45 465
Tokio ilə Seul arasında ixraca nəzarətlə bağlı müzakirələr aparılacaq
Yaponiya hökuməti Cənubi Koreya ilə ixraca nəzarətin gücləndirilməsi ətrafında müzakirələr aparacağını bəyan edib.
AZƏRTACxəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Xatırladaq ki, bu ayın əvvəlində Cənubi Koreya Yaponiyanın atdığı addımla əlaqədar Dünya Ticarət Təşkilatına (DTT) şikayət proseduruna başlayıb. DTT-də həmin müraciətə baxılması qaydalarına müvafiq olaraq, Seul Tokiodan həmin məsələ ilə bağlı müzakirələrin təşkilini xahiş edib.
Yaponiyanın Ticarət naziri İsşu Suqavara bildirib ki, hökumət həmin sorğunu müsbət cavablandırmaq barədə qərar verib.
Qeyd edək ki, iyul ayında Yaponiya Cənubi Koreya üçün nəzərdə tutulan üç növ məhsulun ixracına nəzarəti gücləndirib. Həmin materiallar yüksək texnologiyalı məhsulların istehsalında istifadə edilir.
Əgər tərəflər məsələnin DTT-nin arbitraj komissiyasında baxılmasının qarşısını almaq istəyirlərsə, danışıqlar başladıqdan sonra 60 gün ərzində razılığa gəlməlidirlər.
Lakin hər iki tərəfin məsələ ilə bağlı fərqli mövqe nümayiş etdirməsi işin DTT-də müzakirəyə çıxarılacağını deməyə əsas verir.
banner

Oxşar Xəbərlər