• şənbə, 20 Aprel, 00:26
  • Baku Bakı 15°C

Tokio Fond Birjasında “Nikkey” indeksi son 21 ilin ən yüksək həddinə qalxıb

14.10.17 09:40 1451
Tokio Fond Birjasında “Nikkey” indeksi son 21 ilin ən yüksək həddinə qalxıb
Tokio Fond Birjasının etalonu rolunu oynayan "Nikkey” indeksi oktyabrın 13-də günü son 21 ilin ən yüksək həddində başa vurub. Yaponiya şirkətlərinin gəlirlərinin yüksəlişinin gözləndiyi məqamda bu indeks 21 min 100 həddini keçib.
Bir gün əvvəlki göstəricini 200 bənd üstələyən "Nikkey” indeksi günü 21 min 155 həddində yekunlaşdırıb. Bu, 1996-cı ilin noyabrından bəri ən yüksək göstəricidir.
Birja mənbələrinin bildirdiyinə görə, "Fast Retailing” şirkətinin ("Uniqlo” şəbəkəsinin operatoru) müsbət nəticələr barədə yaydığı məlumat səhər sessiyası zamanı pərakəndə satışla əlaqədar səhmlərin alınması üçün müraciətlərin artmasına səbəb olub.
Günün ikinci yarısında həmin mənbələr bildiriblər ki, yapon şirkətlərinin gəlirlərinin artması fonunda xaricdən daxil olan müraciətlər səhmlərin kotirovkalarının yüksəlməsini sürətləndirib.
banner

Oxşar Xəbərlər