AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tokio-2020: Yaponiya əcnəbi könüllülərdən imtina etdi

Tokio-2020: Yaponiya əcnəbi könüllülərdən imtina etdi

İdman
22 Mart 2021, 19:45 1226
Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına əcnəbi könüllülər dəvət olunmayacaq.
"Report"un məlumatına görə, bu barədə yarışın Təşkilat Komitəsinin baş katibi Tosiro Muto jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təşkilatçılar koronavirus pandemiyasına görə ölkə xaricindən könüllülər gətirmək fikrindən daşınıb.
Bununla belə, Muto məhdud sayda əcnəbinin qəbulu məsələsinin nəzərdən keçiriləcəyinə söz verib. Baş katib hesab edir ki, bunsuz yarış keçirmək mümkün deyil.
Daha əvvəl "Kyodo" agentliyi 500-ə yaxın beynəlxalq könüllünün Tokio olimpiadasına dəvət olunacağını yazıb.
Həmçinin Yaponiya hökuməti Oyunların əcnəbi azarkeşsiz keçirilməsinə dair qərar qəbul edib.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqusta təxirə salınıb.