AZE | RUS | ENG |

Tofiq Bəhramovun heykəli Zidanla bir sırada

Tofiq Bəhramovun heykəli Zidanla bir sırada
Azərbaycanın məşhur hakimi Tofiq Bəhramovun heykəli dünya futbolunun ən qəribə abidələri siyahısına daxil edilib. Lent.az-ın məlumatına görə, ABŞ-ın nüfuzlu “Bleacher Report” nəşri Bəhramovun adını daşıyan stadionun qarşısındakı abidəyə belə reaksiya verib. Nəşr 1966-cı il dünya çempionatının finalında əlində bayraq tutaraq, meydanın kənarı boyunca özünəməxsus tərzdə yuxarı-aşağı qaçmasını xüsusi qeyd edib və abidənin orjinallığına diqqət yetirib. Müəllif Emma Bus yazır: “Bəhramov İngiltərə futbolundakı xidmətləri qarşılığında kraliça tərəfindən “Cəngavəri ordeni” ilə təltif olunsaydı, təəccüblənməzdim”. Ən qəribə abidələr siyahısına məşhur kolumbiyalı futbolçu Karlos Valderrama, İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi Aleks Ferqyuson və 2006-cı il dünya çempionatının finalında Zinəddin Zidanın Marko Materatsiyə kəllə atdığı səhnə də düşüb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311