• şənbə, 20 Aprel, 16:40
  • Baku Bakı 23°C

TOBB sədri: "Xəzər dəhlizi qlobal ticarətin əsas nəqliyyat arteriyalarından birinə çevrilə bilər"

03.04.17 14:45 622
TOBB sədri: "Xəzər dəhlizi qlobal ticarətin əsas nəqliyyat arteriyalarından birinə çevrilə bilər"
Türkdilli ölkələr ikitərəfli əməkdaşlığı daha da genişləndirməlidir. "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Palatalar və Birjalar Şurasının (TOBB) sədri Rifat Hisarcıklıoğlu Qazaxıstanın paytaxtı Astanada keçirilən Türkdilli Dövlətlərin İşgüzar Şurasının V iclasında bildirib.
"Əməkdaşlığımız ikitərəfli münasibətlərlə məhdudlaşmamalıdır. Təşəbbüslərin həyata keçirilməsində dörd və ya altı ölkə iştirak etməlidir", - deyə o bildirib.
TOBB rəhbərinin sözlərinə görə, türkdilli ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi olduqca vacibdir: "Ölkələrimiz yüklərin daşınması üçün nəqliyyat dəhlizləri yaratmalıdır. Bunun hesabına biz özümüzü qlobal risklərin təsirindən qoruya bilərik. Xəzər dənizi üzərindən yaradılacaq dəhliz qlobal ticarətin əsas nəqliyyat arteriyalarından birinə çevrilə bilər. Bu dəhliz Çindən Avropaya yükdaşımanı asanlaşdıracaq və regionun inkişafına öz töhfəsini verəcək".
Qeyd edək ki, tədbirdə həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev də iştirak edib.
banner

Oxşar Xəbərlər