AZE | RUS | ENG |

TN və DİM qəza barədə birgə məlumat yayıb

TN və DİM qəza barədə birgə məlumat yayıb
Kəllə-beyin travması alan bir şagird və məktəb əməkdaşının müalicəsi üçün Bakıdan həkim briqadası ezam olunub

Bu gün respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib.
 
APA-nın məlumatına görə, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yaydığı birgə məlumatda qeyd edilir ki, bu imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb.
 
Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir. Qəza nəticəsində "kəllə beyin” travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub. Hazırda Təhsil Nazirliyinin və DİM-in rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadırlar: "Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmalarını arzu edirik!".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176