AZE | RUS | ENG |

Yük avtomobillərinin Bakıya girişi məhdudlaşdırılır

Yük avtomobillərinin Bakıya girişi məhdudlaşdırılır
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilməkdədir”. Bu barədə SİA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Rüfət Quliyev deyib.
Əvvəlki dövrdə yük maşınlarının müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlərin mövcud olduğunu deyən şöbə rəisi söyləyib ki, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edildiyindən artıq Daxili İşlər Nazirliyi tərəfindən şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdırılıb və qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarət gücləndirilib: "Belə ki, maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinə girişi ilə bağlı tətbiq edilmiş məhdudiyyət (hər il mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə səhər saat 07:30-dan axşam saat 20:00-dək) bu gün də davam edir və məhdudiyyətin tətbiq olunmasına nəzarət daha da gücləndirilib”.
Qeyd olunanlar nəzərə alınaraq, R.Quliyev maksimum kütləsi 5 tondan artıq olan yük avtomobilləri sürücülərinin diqqətinə çatdırıb ki, yol hərəkəti təhlükəsizliyinə mütəmadi nəzarət olunması, eləcə də polis-sürücü təmasının minimuma endirilməsi məqsədilə 15 noyabr 2018-ci il tarixdən yük avtomobillərinin Bakı şəhərinə daxil olmaları üçün tətbiq edilmiş məhdudiyyət rejiminə əməl edilməməsi və yük avtomobillərinin girişini qadağan edən yol nişanlarının tələblərinin pozulması (Xüsusi təyinatlı, habelə strateji və dövlət obyektlərinin tikintisi ilə məşğul olan təşkilatlara məxsus, Nazirlər Kabinetinin tapşırığı əsasında xüsusi buraxılış verilmiş yük avtomobilləri istisna olmaqla) xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində aşkar edilərək elektron qaydada sənədləşdiriləcək:
"Hörmətli sürücülər və yük avtomobillərinin sahiblərindən xahiş edirik ki, yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətin təmin olunması üçün tətbiq olunan vaxt məhdudiyyətinə ciddi riayət etsinlər. Görülən işlər yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratmasının qarşısını alacaq”.
Qeyd edək ki, noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar müəyyən edilib:
1. Lökbatan dairəsi – Xocahəsən yolu-Sulutəpə qəsəbəsi – Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) – Mehdiabad yolu - Balaxanı yolu – Zabrat - Maştağa yolu - Albalılıq yolu – Mərdəkan yolu – Şüvəlan yolu-Qala yolu-Türkan yolu - Pirallahı yolu - Hövsan yolu-Suraxanı - Yeni günəşli - General Mehmandarov küçəsi - Neapol dairəsi (Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yol – Hövsan ;
2. Sumqayıt yolu – Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi-sola Baksol yolu – Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu – Taxta bazarı və əksinə;
3. Ə. Rəcəblidə geriyədönmə yeri, "Şır-şır” restoranının yanı, "Taxta” bazarı;
4. "Çermet” körpüsünün altı, Z. Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən – Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) "Lukoil” Yanacaq Doldurma Məntəqəsinin yanında geriyə dönmə yeri "Baku Steel Kompani” istiqamətində;
5. Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvəlan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndə, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli, Hövsan qəsəbəsi, Suraxanı qəsəbəsi.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN