• cümə axşamı, 28 mart, 21:14
  • Baku Bakı 13°C

Tirana Politexnik Universiteti fəxri doktorunu qızıl medalla təltif edib

23.05.16 15:24 1485
Tirana Politexnik Universiteti fəxri doktorunu qızıl medalla təltif edib
Bakı Dövlət Universitetinin ümumi işlər üzrə prorektoru, dosent Vüqar Mehrabov Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının Gürcüstanın Tbilisi şəhərində keçirilən «Qlobal və regional müstəvidə universitetlərin dəyişən rolu» mövzusuna həsr olunmuş 12-ci konfransında iştirak edib.
Türkiyə, Gürcüstan, Yunanıstan, Rumıniya, Bolqarıstan, Ukrayna, Rusiya ali təhsil müəssisələri rəhbərlərinin iştirak etdiyi konfransda asossiasiyaya üzv universitetlərin əməkdaşlığının gücləndirilməsinin əsas prinsipləri və perspektivləri, cəmiyyətdə nanotexnologiya və innovasiyaların dəstəklənməsində birgə fəaliyyət və s. bağlı məsələlər müzakirə edilib.
Konfransda Albaniyanın Tirana Politexnik Universitetinin rektoru Yorqak Kaçani Bakı Dövlət Universitetinin rektoru, adıçəkilən universitetin fəxri doktoru, akademik Abel Məhərrəmovun "Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” qızıl medalla təltif edildiyini diqqətə çatdırıb.


banner

Oxşar Xəbərlər