• cümə, 29 Mart, 12:48
  • Baku Bakı 14°C

Timur Əsgərov ingilis xoreoqrafın baletində çıxış edəcək

14.04.17 10:20 819
Timur Əsgərov ingilis xoreoqrafın baletində çıxış edəcək
Aprelin 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında ingilis xoreoqrafı Ueyn Makqreqorun "İnfra” baleti nümayiş olunacaq.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, "Mariya-2” səhnəsində təqdim olunacaq baletdə həmvətənimiz Timur Əsgərov da çıxış edəcək.
Bu baletin dünya premyerası 2008-ci il noyabrın 13-də London Kral Opera Teatrında olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il fevralın 24-də nümayiş etdirilib.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
banner

Oxşar Xəbərlər