• cümə axşamı, 25 aprel, 09:09
  • Baku Bakı 14°C

“ABŞ və Rusiya arasında çox mühüm danışıqlar aparılacaq”

06.01.18 11:30 572
“ABŞ və Rusiya arasında çox mühüm danışıqlar aparılacaq”
ABŞ və Rusiya "Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə dair çox mühümdanışıqlar aparmağı planlaşdırır.
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
"İrəlidə bizi Strateji Hücum Silahlarının (SHS) azaldılması və "Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinə dair çox ciddi danışıqlar gözləyir”, deyə dövlət katibi vurğulayıb.
R.Tillerson müntəzəm məsləhətləşmələr və yaxud yeni təşəbbüslərin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
banner

Oxşar Xəbərlər