• cümə, 19 Aprel, 22:36
  • Baku Bakı 24°C

Tillerson ABŞ-ın Suriyaya dair prioritetlərini açıqlayıb

09.04.17 10:23 675
Tillerson ABŞ-ın Suriyaya dair prioritetlərini açıqlayıb
"İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir”.APA-nın "RİA Novosti”yə istinadə verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.
"Hesab edirik ki, bizim birinci dərəcəli prioritet İŞİD üzərində qələbədir”, - deyə Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən bildirib.
"Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada vəziyyətin sabitləşməsinə yönəldə bilərik”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki,Suriyaprezidenti Bəşər Əsədin taleyini yalnızSuriyaxalqı həll etməlidir. ABŞ-ınBMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi.
banner

Oxşar Xəbərlər