• cümə, 19 Aprel, 20:03
  • Baku Bakı 24°C

Tikintiyə icazə verilməsi elektronlaşdırılıb

21.02.19 12:30 466
Tikintiyə icazə verilməsi elektronlaşdırılıb
Bu gün Bakıda tikintiyə və istismara icazə verilməsi üzrə "Elektron müraciət sistemi”nin təqdimatı keçirilib.
"Report” xəbər verir ki, təqdimat mərasimiDövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəriAnar Quliyevin iştirakı ilə baş tutub.
O, sistemin əhəmiyyəti barədə danışıb və onun sahibkar-məmur ünsiyyətini minimum həddə endirdiyini deyib.
"Elektron müraciət sistemi” bu gündən fəaliyyətə başlayır. 10 gün ərzində tikinti obyektlərinə texniki icazə almaq mümkün olacaq. Təsdiq edilmiş yeni qaydaya əsasən, icazə üçün tələb olunan sənədlərin sayı 18-dən 7-yə endirlib. Sahəsi kiçik olan, birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan tikinti obyektlərinin isə istismarına icazə tələb olunmayacaq. Tədricən ekspertizası tələb olunan tikililərin də qeydiyyatı ilə bağlı proseslər elektronlaşdırılacaq”, - komitə rəsmisi bildirib.
banner

Oxşar Xəbərlər