• cümə, 19 Aprel, 12:16
  • Baku Bakı 25°C

Tikintiyə icazə ilə bağlı yenilik

26.09.14 10:09 1193
Tikintiyə icazə ilə bağlı yenilik
APA-nın məlumatına görə, qərara əsasən bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.
Tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda isə abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirlər həyata keçirilməlidir.
banner

Oxşar Xəbərlər