• şənbə, 20 Aprel, 17:34
  • Baku Bakı 23°C

Tikinti sektorunun inkişaf etdirilməsində inşaatçıların əməyi əvəzolunmazdır

10.04.20 13:30 586
Tikinti sektorunun inkişaf etdirilməsində inşaatçıların əməyi əvəzolunmazdır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev inşaatçıları peşə bayramları münasibətilə təbrik edib.
KomitədənAZƏRTAC-a bildirilib ki, A.Quliyevin inşaatçılara ünvanladığı təbrikində deyilir: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi adından sizi "İnşaatçılar günü” peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin tərəqqisi naminə məsuliyyətli və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Zəngin tarixi ənənələrə köklənən Azərbaycan memarlığı və inşaat sənəti sürətlə inkişaf edərək dövrünün miras qoyduğu şəhərsalma əsərləri sayəsində hər birimizin yaşayış mühitinin formalaşmasında müstəsna rol oynamaqda davam edir. Uzaq keçmişdən günümüzədək gəlib çıxmış dəyərli tarixi abidələr özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirməklə hər bir azərbaycanlının qürur mənbəyidir. Bugün Azərbaycan özünəməxsus tarixi siması ilə yanaşı, yüksək müasir layihələndirmə standartlarına cavab verən, dünya memarlıq inciləri sırasında xüsusi yer tutan əzəmətli binaları ilə də seçilir. Müasir inşaat sənayesi iqtisadiyyatın ən vacib və mürəkkəb səhələrindən biri kimi son illər bütün ölkəmiz ərazisində aparılan nəhəng tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhərlərimizin və digər yaşayış məntəqələrimizin daha da gözəlləşməsinə xidmət edir, yeni-yeni möhtəşəm və bənzərsiz tikililərin inşa olunmasını təmin edir. Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətə malik tikinti sektorunun inkişaf etdirilməsində inşaatçıların əməyi əvəzolunmazdır. Əminəm ki, yüzminlərlə insanın fədakarlıqla çalışdığı bu sahədə bir çoxunuz peşə bayramını iş başında qarşılayır. Məhz bu səbəbdən sizin əməyiniz ən yüksək qiymətə layiqdir. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən, hər il aprel ayının 10-nun "İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunması ölkə başçısının bütövlükdə tikinti kompleksi işçilərinin – inşaatçıların, memarların və mühəndislərin əməyinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. İnanıram ki, bu peşə sahiblərinin birlik simvoluna çevrilmiş "İnşaatçılar günü” hər il olduğu kimi bu il də möhtəşəm yeni şəhərsalma layihələri ilə yadda qalacaq. Sizi peşə bayramınız münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ölkəmizdə tikinti və quruculuq sahəsinin inkişafı üçün yaradıcı fəaliyyətinizdə tükənməz enerji və yeni nailiyyətlər arzulayıram”.
banner

Oxşar Xəbərlər