• çərşənbə, 24 Aprel, 07:04
  • Baku Bakı 13°C

Tikinti sahəsində muzdla çalışan işçilərin sayı 95,2 min nəfər təşkil edib

06.03.17 10:30 747
Tikinti sahəsində muzdla çalışan işçilərin sayı 95,2 min nəfər təşkil edib
Cari ilin yanvarın 1-nə tikinti sahəsində muzdla çalışan işçilərin sayı 95,2 min nəfər təşkil edib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, onların 48,2 min nəfəri binaların tikintisində, 24 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
İşçilərin 27 faizi dövlət, 73 faizi isə qeyri-dövlət tikinti müəssisələrinin payına düşür.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,6 faiz artaraq 813,7 manata çatıb. Qeyri-dövlət sektorunda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 927,8 manat, dövlət sektorunda isə 527 manat olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində çalışanların orta aylıq nominal əməkhaqqı 21,6 faiz təşkil edib. Binaların tikintisində işləyənlərin orta aylıq nominal əməkhaqqı 14,9 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 0,9 faiz artıb.
banner

Oxşar Xəbərlər