• cümə axşamı, 28 mart, 19:42
  • Baku Bakı 13°C

Tikinti sahəsində 87,9 min muzdlu işçi çalışıb

21.05.17 10:30 1144
Tikinti sahəsində 87,9 min muzdlu işçi çalışıb
Bu ilin aprelin 1-nə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil edib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, onların 40,4 min nəfəri bina tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 30,2 faizi dövlət, 69,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqısı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 835,4 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqısı 970,8 manat, dövlət sektorunda isə 526,7 manat təşkil edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı binaların tikintisində işləyənlər üzrə 15,7 faiz, mülki təyinatlı inşaat işlərində çalışanlar üzrə 5,9 faiz artıb, ixtisaslaşdırılmış tikinti işlərində çalışanlar üzrə isə 14,4 faiz azalıb.
banner

Oxşar Xəbərlər