AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tikinti materialları bazarında baş verən yanğın söndürülüb

Tikinti materialları bazarında baş verən yanğın söndürülüb

Kriminal
02 Aprel 2020, 09:45 731
Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinə adıçəkilən ünvanda tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.