• cümə axşamı, 25 aprel, 02:37
  • Baku Bakı 19°C

“Tik-idarə et-təhvil ver” modelində investoru müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu müəyyənləşib

19.03.21 14:17 704
“Tik-idarə et-təhvil ver” modelində investoru müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu müəyyənləşib
"Tik-idarə et-təhvil ver” modelində səlahiyyətli orqanın əsaslandırılmış qərarı ilə investorun müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu ilə müəyyən edilməsi qaydası məlum olub.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”na dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, aşağıdakı hallarda səlahiyyətli orqanın əsaslandırılmış qərarı ilə investor müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu ilə müəyyən edilir:

- insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olmuş fövqəladə hadisə ilə əlaqədar olaraq hər hansı investisiya layihəsinin həyata keçirilməsinə təcili ehtiyac yaranması və bununla bağlı müsabiqənin təşkilinin və keçirilməsinin sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmaması;
- investisiya layihəsinin yalnız konkret investor tərəfindən həyata keçirilməsinin mümkünlüyü və ya konkret investorun investisiya layihəsinin predmeti ilə bağlı müstəsna hüquqlara malik olması, heç bir alternativinin və ya əvəzedicisinin olmaması.
banner

Oxşar Xəbərlər