• çərşənbə axşamı, 23 aprel, 20:36
  • Baku Bakı 20°C

Tiflisdə “Multukulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı keçirilib

04.06.17 19:49 1736
Tiflisdə “Multukulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı keçirilib
Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində gürcü dilində nəşr olunan və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun müəllif olduğu "Multukulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı kitabın təqdimatı keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabın elmi redaktoru Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov, rəyçilər Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkiliFəttah Heydərov,Milli Məclissədrinin birinci müaviniZiyafət Əsgərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədriEldar İbrahimov, ART Paralel TV-nin rəhbəri Tengiz Txilavadır.
Muzeyin direktoru Leyla Əliyeva açaraq ilk dəfə olaraq Gürcüstanda multikulturalizmdən bəhs edən kitabın təqdimatının keçirildiyini bildirib. Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili çıxışında azərbaycanlıların kompakt yaşadığı Marneulidə azərbaycanlıların və gürcülərin birlikdə multukulturalizmi həyata keçirdiklərini bildirib. Onun sözlərinə görə, əsrlərlə birgə yaşayan hər iki xalq öz adət-ənənələrini yaşadır və bayramlarda və tədbirlərdə bir-birinə qonaq gedir, mehriban və sülh içində yaşayırlar. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan-Gürcüstan xalqları arasında dostluğun qorunub saxlanılmasında əvəzsiz xidmətlərinə görə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin diplomunu professor, kitabın elmi redaktoru Elman Nəsirova və kitab müəllifi Şixan Adıgözəlova muzeyin diplomunu təqdim edib.
Tədbirdə Azərbaycan Prezidenti yanında Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili, kitabın elmi redaktoru, professor Elman Nəsirov, kitabın müəllifi Şirxan Adıgözəlov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, kitabın rəyçilərindən olan ART Paralel TV-nin rəhbəri Tengiz Txilava, "Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev, Həkimlər Liqasının sədri Qiya Salakveridze və başqaları çıxış ediblər. Multikulturalizm mövzusunun aktual olduğunu vurğulayan çıxışçılar bildiriblər ki, kitabda Azərbaycan kontekstində dövlətimizin həyata keçirdiyi siyasətin geniş təhlil aparılıb, Azərbaycan və Qərb arasında multikulturalizmin fərqinə toxunulub, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğu nəzərə çatdırılıb. Qeyd olunub ki, multikulturalizm ənənələrindən bəhs edən yeni kitab Azərbaycan nümunəsi kimi gürcü oxucusu tərəfindən yüksək qiymətləndirilib və hazırda multikulturalizm həyatın bir hissəsinə çevrilib.
Sonra tədbirdə E. Nəsirov rəhbərlik etdiyi Siyasi Araşdırmalar İnstitutunun adından səfir D. Həsənovu, muzeyin direktoru Leyla Əliyevanı, "Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevi, kinorejissor Tengiz Txilavanı diplom ilə təltif edib.
banner

Oxşar Xəbərlər