• cümə, 26 Aprel, 19:11
  • Baku Bakı 22°C

Tiflisdə institut binası uçub, ölənlər var

06.07.15 14:21 1380
Tiflisdə institut binası uçub, ölənlər var
Tiflisdə bu gün demontaj zamanı Hesablama Riyaziyyatı və Fizika İnstitutunun binasının bir hissəsi uçub.

Nəticədə 3 inşaat işçisi həlak olub, 1 nəfər yaralanıb. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.
Xilasedicilər bir saat ərzində dağıntılar altında qalan inşaat işçilərini çıxarıblar. Zədələnən işçilər ən yaxın klinikaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır.
İlkin məlumata əsasən, bina bu yaxınlarda satılmışdı. Onun yerində mehmanxana inşa ediləcəyi planlaşdırılırmış.
banner

Oxşar Xəbərlər