• şənbə, 27 Aprel, 07:22
  • Baku Bakı 12°C

Tiflisdə bina uçub: 4 ölü

06.07.15 16:33 1272
Tiflisdə bina uçub: 4 ölü
Məlumata görə, binada yeni uçqun olacağı gözlənilir.
Tiflisdə İdman sarayına bitişik ərazidə yaşayış evi uçub.
APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi məlumata görə, dağıntılar altında 4 nəfər qalıb.
Onlardan birini dağıntıların altından çıxarmaq mümkün olub, digər 3 nəfər ölüb. Hadisə yerinə dərhal xilasetmə xidməti cəlb olunub.
Binanın uçması ilə əlaqədar cinayət işi qaldırılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən (tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması) açılıb.
DİN-dən bildirilib ki, uçqun zamanı ölənlərin sayı 4 nəfər ölüb.
Tiflis Fövqəladə Hallar Departamentindən verilən məlumata görə, "Tiflis biznes Mərkəzi"nin tikdiyi binanın uçması 4-cü mərtəbədən başlayıb. Nəticədə üçüncü mərtəbə də uçub. Hadisə nəticəsində 3 nəfər həlak olub. Bir fəhləni isə xilas etmək mümkün olub. Dağıntılar arasında qalan daha bir nəfər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
banner

Oxşar Xəbərlər