• cümə, 19 Aprel, 05:26
  • Baku Bakı 18°C

Tiflisdə 26 May-Müstəqillik Günü və 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilib

28.05.16 10:21 2200
Tiflisdə 26 May-Müstəqillik Günü və 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilib
Gürcüstan paytaxtındakı İ.Çavçavadze adına Tiflis Dövlət Universitetində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Gürcüstanın və Azərbaycanın müstəqilliyinə həsr olunan 26 May-Müstəqillik Günü və 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət üzrə attaşesi Samirə Ağayeva açaraq Gürcüstan və Azərbaycanın müstəqilliyi münasibəti ilə gürcü və azərbaycan xalqını təbrik etdikdən sonra, iştirakçılara ilk Azərbaycan Cümhuriyyəti dövlətinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sonra Tiflisdəki Qafqazşünaslıq İnstitutunun professoru Tsira Baramidze, Tiflisdəki gürcü və azərbaycanlıların təhsil aldığı 64 nömrəli orta məktəbin məktəbli gənclər mədəniyyəti şöbəsinin rəhbəri Ceyran Qurbanova və İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetindəki "Azərbaycan Dostluq Klubu”nun rəhbəri Leyla Əmrahova çıxış edərək Gürcüstan və Azərbaycan dostluğundan, mədəniyyətlərimizin inkişafından və dövlətlərimizin müstəqilliyindən, təhsilin inkişafından söhbət açıblar.

Tədbirdə Tiflisdə fəaliyyət göstərən "Ceyran” folklor ansamblının üzvləri olan azərbaycanlı rəqqasə qızlar gürcü və azərbaycan rəqslərini məharətlə nümayiş etdiriblər.Tədbirdə gənc aşıqların və müğənnilərin ifasında mahnılar səsləndirilib. Sonda müstəqillik gününə həsr olunan konsertdə çıxış edən müğənnilərə və aparıcılara 64 nömrəli orta məktəbin diplomları təqdim olunub.

Gürcüstan və Azərbaycanın müstəqillikgünlərinə həsr olunan tədbirdə Gürcüstanın ali məktəblərində təhsil alan gürcü və azərbaycanlı tələbələr, Tiflis sakinləri iştirak ediblər.
banner

Oxşar Xəbərlər