• cümə, 19 Aprel, 18:50
  • Baku Bakı 24°C

Ticarət mərkəzlərinin fəaliyyəti, eləcə də ictimai iaşə xidmətlərinin yerində fəaliyyəti dayandırılacaq

18.06.20 18:42 854
Ticarət mərkəzlərinin fəaliyyəti, eləcə də ictimai iaşə xidmətlərinin yerində fəaliyyəti dayandırılacaq
Ölkədəki vəziyyət təhlil olunub və karantin avqustun 1-dək uzadılıb. 1-ci klastr üzrə ciddi karantin şərtlərinə ehtiyac olub.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva deyib.
Onun sözlərinə görə, 21 iyundan 5 iyul 06:00 qədər ciddi karantin elan olunacaq. 1-ci klastr üzrə Bakı Gəncə Yevlax, Masallı, Sumqayıt, abşeron üzrə sms xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq, ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır, ictimai iaşə xidmətlər yerində fəaliyyəti dayandırılacaq: "Bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq. 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Bakı metropliteni fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək".
banner

Oxşar Xəbərlər