• cümə, 29 Mart, 17:39
  • Baku Bakı 14°C

Tibbi maska istehsalı Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır

06.04.20 21:36 366
Tibbi maska istehsalı Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
İnsanlar maskanı virusa qarşı ən böyük silah hesab edirlər. Çünki müharibə psixologiyasında silah nədirsə, bu gün maska odur və Prezident İlham Əliyevin açılışını etdiyi tibbi maska fabriki də vətəndaşlarımızı əmin etdi ki, cəbhənin bu hissəsində də qalib gəlmək əzmindəyik. Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır.
Bunu Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib.
O qeyd edib ki, eyni zamanda öz tələbatımızı qarşılayacaq, hətta digər ölkələrə də ixrac etmək üçün nəzərdə tutulan istehsal təkcə iqtisadi, tibbi göstərici deyil, birbaşa milli təhlükəsizlik məsələsidir:
"Buna qədər Azərbaycan dövlətçiliyi müstəqillik tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə inkişaf yolu qət etmir, fövqəladə hallarda, təbii fəlakətlərdə zərər çəkən vətəndaşlarını mənzillə təmin edir, sosial rifahının qayğısına qalır. Bu gün pandemiya dünyaya yeni bir baxış təqdim edir:
Dünyanın böyük dövlətləri, eyni zamanda yeri-gəldi gəlmədi özlərini insan haqlarının qoruyucusu, demokratiyanın keşikçisi kimi təqdim edənlər çinli vətəndaşlara divan tutur, pandemiya ilə mübarizə faşizmin güclənməsi, rasist şüarların artması ilə müşayiət edilir. Amma faktiki dünyanın sahibi artıq pandemiyaya qarşı uğurlu mübarizə aparanlardır. O sırada Azərbaycan ilk yerlərdən birində qərarlaşmaqla yeni dünyanın dizaynında önəmli rola malikdir”.
Ə. Əlibəyli daha sonra bildirib ki, Operativ Qərargahın iş prinsipi, əldə edilən təcrübələr, data-bazaların yaradılması, icraya qəbul edilən qərarların qısa müddətdə uyğunlaşdırılması böyük uğurla davam etdirilir:
"Dünyada BVF-yə müraciət edən ölkələrin sayı səksəni keçib, amma bir zamanlar BMT qaçqınlar üzrə qurumlarının siyahısına başçılıq edən Azərbaycan artıq bu siyahıda yoxdur, eyni səviyyəli mübarizəni pandemiyaya qarşı da göstərməkdəyik”.
banner

Oxşar Xəbərlər