• cümə, 29 Mart, 18:07
  • Baku Bakı 14°C

Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müasir Peyvənd otağı yaradılıb

13.04.15 11:03 997
Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müasir Peyvənd otağı yaradılıb
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peyvənd otağı yaradılıb. Burada xəstələrə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunda nəzərdə tutulan zəruri peyvəndlər edilir. Onlar arasında Hepatit B, vərəm, poliomielit, göyöskürək, tetanus və digərləri var.
Milli Peyvənd təqvimindəki siyahıdan əlavə, Klinikada həmçinin həkimin məsləhəti ilə aşağıdakı xəstəliklərə qarşı da peyvəndlər etdirmək mümkündür: insan papilloması virusu, suçiçəyi, hepatit A, meninqokokk infeksiyası və qrip.
Peyvənd otağı ATU-nun Tədris Terapevtik Klinikasının ikinci mərtəbəsində yerləşir. Bu mərkəz peyvəndin aparılması üçün zəruri olan avadanlıqlarla təchiz edilib: peyvəndlərin saxlanılması üçün soyuducu, şok əleyhinə yardım vasitələri, tibbi ləvazimatlar, bakterisid lampa mövcuddur. Bu kabinet peyvənd olunan uşaqların özünü yaxşı hiss etməsi üçün oyuncaqlar, uşaq mebeli, müasir tibbi taxtla təchiz olunub, daha körpələr üçün isə bələk masası qoyulub. Qeyd edək ki, ATU-nun Tədris Terapevtik Klinikasında vurulan peyvəndlər əsasən Böyük Britaniyanın GlaxoSmith Kline dərman şirkətindən alınır. Peyvəndin vurulması vaksinoprofilaktika sağlamlığı üzrə hazırlıq keçmiş tibb personalı tərəfindən həyata keçirilir.
Peyvənd otağında xüsusi maarifləndirici kitabçalar da var. Bu kabinet gündə 2 dəfə dezinfeksiyaedici vasitələrlə təmizlənir.
Sonda onu da qeyd edək ki, peyvənd vurdurmaq üçün gərək vətəndaşın sağlamlıq vəziyyəti haqqında həkimin yazılı rəyi olsun. Burada həmin şəxsin müvafiq peyvənd olunmağa qarşı əks-göstərişin olmadığı qeyd edilməlidir. Peyvənd yalnız bu rəy əsasında vurula bilər.

banner

Oxşar Xəbərlər