Tibb Universitetində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib - Fotolar
Bu gün Azərbaycan
Tibb Universiteti (ATU) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş
nitqi ilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, toplantı
iştirakçılarının qarşıdan gələn bayramını təbrik etdi. Daha sonra Azərbaycan
Dövlət Himni səsləndirildi.ATU rektoru Gəray
Gəraybəyli bildirdi ki, biz müasir Azərbaycanımızın müasir tarixini yaşayırıq:
"Müasir həyatımızda son 25 ildə bir çox çətin, təhlükəli, məqamlar
yaşanıb. 23 il öncə iyunun ortaları hamının xatirindədir. Nə dərəcədə çətin, gərgin, həyəcanlı anlar
yaşayırdı ölkəmiz. Biz bunu tam əminliklə deyə bilərik ki, Azərbaycanın müstəqillik
tarixində 1993-cü ilin iyun ayını ən ağır aylardan hesab etmək olar. Çünki o
zaman iqtidarda olan bir çox rəhbərlər, xarici ölkələrdə müəyyənləşən radikal
toplantılarda ölkəmizi dağıtmaq istəyirdilər və çətinliklə qazandığımız müstəqilliyi
böyük bir risk altında qoyurdular. Hər gün bir-birindən həyəcanlı xəbərlər gəlirdi
respublikamızın müxtəlif zonalarından".
Rektor G. Gəraybəylinin
sözlərinə görə, bu çətin məqamda bütün xalqın diqqəti Naxçıvanda olan Ümummilli lider Heydər Əliyevə
yönəlib: "Bu baxışlar ona gətirib çıxartdı ki, Ulu Öndər Heydər Əliyev cənabları
15 iyunda Bakıya qayıtdı. Bu gün artıq o hadisələrdən xeyli vaxt keçsə də, istər
tarixçilər, istərsə də ictimai və siyasi xadimlər, həmçinin xalqımız bu prosesləri
analiz edir. 15 iyun - Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı gün
bizim qurtuluş günümüzdür. Bizlərin borcudur ki, bu hadisələri, Ulu Öndərin Azərbaycan
xalqı üçün etdiklərini gənclərimizə çatdıraq”.
Daha sonra Nəsimi
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, həyata
keçirilən uğurlu daxili və xarici siyasət, xalqın milli-mənəvi dəyərlərindən
çıxış etməklə görülən işlər Heydər Əliyevi xalqımızın Milli Liderinə çevirməklə
bərabər, Azərbaycanı da dünyanın qabaqcıl dövlətləri sırasına yüksəltdi.
A. Əsgərov həmçinin
müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söylədi:
"Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək
şəkildə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə
tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir".
Tədbirin davamındaAuditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək,
ilk öncə tədbir təşkilatçılarına təşəkkür edərək, hər kəsin bayramını təbrik
etdi: "Çox sevindirici haldır ki, mən bu gün belə bir möhtəşəm tədbirdə
çıxış edirəm. Ulu Öndər Azərbaycanda iki dəfə hakimiyyətə gəlib. Heydər Əliyev
ikinci dəfə də hakimiyyətə gələndə ölkəmizdə çox ağır iqtisadi şərait hökm
sürürdü”.
Daha sonra ATU-nun
I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri İsfəndiyar
İsmayılov çıxış edərək, Milli Qurtuluş günü barədə danışdı.
Tədbir
iştirakçılarına Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış video-çarx
nümayiş olundu.