• cümə, 19 Aprel, 18:19
  • Baku Bakı 24°C

Tibb Universitetində Məzun Günü Fotolar

26.06.13 10:34 4803
Tibb Universitetində Məzun Günü Fotolar
Dünən, iyunun 25-də Azərbacyan Tibb Universitetində Məzun Günü baş tutdu. Universitetin məzunlarının aparıcılığı ilə keçirilən tədbirdə təhsilini bitirən gəncləri ilk olaraq ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov təbrik etdi. Ə.Əmiraslanov mərasimə toplaşan qonaqlara Azərbaycan Tibb Universitetinin tarixi, fəaliyyəti haqqında məlumat verdi. Rektor son illərdə universitetdə aparılan yeniliklər, tikilmiş klinikalar haqqında danışaraq gözlənilən yeniliklər barədə də tədbir iştirakçılarını məlumatlandırdı.
Rektorun çıxışından sonra bu il universiteti əla qiymətlərlə bitirən məzunlara diplomlar təqdim olundu. ATU-nun Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru İbrahim İsayev, ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev əlaçılara diplomları təqdim etdilər. Sonra ənənəyə uyğun olaraq məzunlar arasında prezident təqaüdçüsü olan gənc birinci kursdakı davamçısına həkim libasını təqdim etdi. Sonda məzunlar rektor Ə.Əmiraslanovla birlikdə xatirə şəkli çəkdirdilər.
2012-2013-cü tədris ilində ATU-nun 1214 məzunu olub. Bunlardan 49-u hərbi həkim, 47 nəfəri hərbi feldşerliyi bitirib. Təhsil pillələrinə gəlincə, məzunlar arasında 1157 bakalavr (ali tibb təhsili), 10 magistr var. Məzunların 76 nəfəri fərqlənmə diplomuna layiq görülüb. ATU-nu müvəffəqiyyətlə bitirənlər arasında 7 xarici ölkədən 176 tələbə olub.
Məzun Günündə səhiyyə nazirinin müavini Elsevər Ağayev, Nəsimi rayon İcra Hakimiyyətinin təmsilçisi, İran, İraq, Türkiyə və digər ölkələrdən gələn qonaqlar, tələbələr, məzunlar və valideynlər iştirak edirdi. Mərasimin bədii hissəsi Azərbaycan himninin ifası, hərbi tibb fakültəsinin tələbələrinin paradı ilə başladı. Tədbir tanınmış müğənnilər, incəsənət xadimlərinin iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirildi.

banner

Oxşar Xəbərlər