AZE | RUS | ENG |

Tibb Universitetində ilk hibrid müdaxilə icra olundu

Tibb Universitetində ilk hibrid müdaxilə icra olundu
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ilk dəfə olaraq, xəstəyə hibrid müdaxilə həyata keçirilib. Eyni vaxtda həm invaziv müdaxilə, həm də cərrahiyyə əməliyyatı icra olunub.
ATU Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanovun sözlərinə görə, 3 aylıq körpəyə müayinə nəticəsində ağciyər arteriyasının stenozu diaqnozu qoyulub. Həmçinin, aparılan doppler müayinələrdə hər iki aşağı ətrafda - bud arteriya və venalarının inkişaf anomaliyası aşkarlanıb. Müdaxilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardio-cərrahı dr.Ramal Həsənovla birgə aparılıb. Dr. R.Həsənov tərəfindən qasıq bağından yuxarıda qasıq bağına paralel kəsik aparılaraq xarici qalça venası müdaxilə üçün hazırlanıb. Kardioloq Elnur İmanov invaziv mudaxilə nəticəsində xəstədə mövcud olan ağciyər arteriyasının stenozunu "Pulmonar Balon Valvuloplastikası” vasitəsilə aradan qaldırıb. Eyni zamanda, doktor Ramal Həsənov tərəfindən xarici qalça venasının rekonstruksiyası əməliyyatını həyata keçirilib.
Unikal əməliyyat "Mən artıq ürək qüsurlu deyiləm” şüarı ilə fəaliyyət göstərən ATU-nun Tədris Terapevtik Klinikasının Ürək mərkəzində aparılıb. Hər iki müdaxilə uğurla nəticələnib. Xəstə əməliyyatdan sonra 2-ci gün yaxşılaşma ilə evə yazılıb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892