• cümə axşamı, 25 aprel, 13:54
  • Baku Bakı 23°C

Tibb Universitetində elmi-praktiki simpozium keçirilib

20.05.16 16:15 1509
Tibb Universitetində elmi-praktiki simpozium keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislərlə birgə "Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma” adlı elmi-praktiki simpoziumu keçirilib.
Simpozium öncəsi rəhbərlik arasında görüş keçirilib. Görüşdə ATU-dan elmi işlər üzrə prorektoru İbrahim İsayev, ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Rəhimə Qabulova, Tədris Cərrahiyyə Klinikasının direktoru Nuru Bayramov, Klinikanın baş həkimi Asiman Həsənov, Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov iştirak ediblər. Türkiyədən isə Prof.Dr.Bülent Gülekli, Prof.Dr.Uğur Saygılı, Prof.Dr.Sabahattin Altunyurt, Prof.Dr.Cemal Posacı görüşə qatılaraq, ATU və Dokuz Eylül Üniversitesi arasında əlaqələrdən danışıblar. Türkiyəli professorlar ATU-da təhsilin yüksək səviyyədə olmasını qeyd ediblər və iki universitet arasındakı işgüzar əlaqələrdən məmnunluqlarını bildiriblər.
Daha sonra simpozium öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan ATU-nun prorektoru İbrahim İsayev qonaqları salamlayıb və konfransa işində uğurlar diləyib. Daha sonra Dokuz Eylül Üniversitesinin rektoru Bülent Gülekli çıxış edərək, problemli hamiləliklər barədə danışıb. O, hamiləlik zamanı qadın bətnində yaranan infeksiyalar, sonsuzluq və bunun müalicəsi barədə məlumat verib.
Üç hissədən ibarət simpoziumun 1-ci hissəsi riskli hamiləliklərə həsr olunub. Mövzu ətrafında Prof.Dr.Hicran Bağırova, Dos.Dr.Şölə İsmayılova, Dr.Cəmilə Ağazadə çıxış ediblər. Prof.Dr.Sabahattin Altunyurt "Hamiləlik və TORCH paneli”, Dos.Dr.Ellada Sarıyeva "Hamiləlik və virus B,C hepatitləri”, Dr.Azər Fərəcov "Fetal EXO”, Uzm.Dr.Aytən Səfərova "Qeyri invazıv prenatal diaqnostika testləri və önəmi, T.ü.f.d Vəfa Qurbanova "Hamiləlik müddətində mikronutrientlər” mövzusunda məruzə ediblər.
Simpoziumun 2-ci hissəsində "Ginekoloji onkologiya” mövzusunda Prof. Dr.Elmira Əliyeva, Dos.Dr.Kamilə Qasımova, T.ü.f.d. Sevinc Məmmədovanın çıxışı dinlənilib. Prof.Dr.Uğur Saygılı "Gineko-onkoloji xəstələrinə müasir yanaşma-1 və Gineko-onkoloji xəstələrinə müasir yanaşma-2”, Dr.Arzu Əliyeva "Uşaqlıq boynu xəstəlilkərin skrininqi”, T.ü.f.d.Kamal Əkbərov "Şüa terapiyasının müasir müalicə üsulları” mövzularında məruzə ediblər.
Simpoziumun 3-cü sessiyası sonsuzluq probleminə həsr olunub. Prof.Dr.Leyla Rzakuliyeva, Prof.Dr.Cəmilə Qurbanova, T.E.D.Səadət Sultanova mövzu ətrafında çıxış ediblər. Porf.Dr.Elmira Əliyeva "Talassemiyalı qadınlarda cinsi yetişkənlik və reproduktif dövrünün xüsusiyyətləri”, Prof.Dr.Cemal Posacı "Yumurtalıqların rezervi, dəğərləndirilməsi və proqnozu”, Prof.Dr.Bülent Gülekli "Yumurtalıqların stimulyasiyası – ilkin mərhələ”, Uzm.Dr.Ersadık Turan "Endometriozis və sonsuzluq” və Dr.Sevinc Sevdimalıyeva "Yumurtalıqların hiperstimulasiyası və müalicəsi” mövzusunda məruzə ilə çıxış ediblər. Simpozium mövzuların müzakirəsi ilə davam edib.



banner

Oxşar Xəbərlər