• çərşənbə axşamı, 19 mart, 14:58
  • Baku Bakı 8°C

Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün distant təhsil portalı yaradılıb

25.09.17 14:55 1108
Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün distant təhsil portalı yaradılıb
Azərbaycanda tibb işçilərinin biliyinin artırılması üçün distant təhsildən istifadə olunur.APA-nın xəbərinə görə, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru Təyyar Eyvazov bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə tibbi biliklər 1-2 il ərzində tamamilə yenilənir. Onun sözlərinə görə, bu sistem praktiki olaraq imkan verir ki, davamlı tibbi təhsilin tətbiqi zamanı hər bir həkimtəkmilləşmə kurslarında və ya toplama sisteminə daxil olan müxtəlif tədbirlərdə iştirak etməklə yenilikləri öyrənir.
T.Eyvazov qeyd edib ki, yenilikləri öyrənən həkimin əhaliyə göstərdiyi tibbi xidmətin səviyyəsi də yüksək və müasir standartlara uyğun olacaq: "Hazırda institut tərəfindən distant təhsil portalı yaradılıb. Bu portal imkan verir ki, həkim istədiyi vaxt, istədiyi məkanda internet vasitəsilə portala daxil olsun, orada ixtisasına uyğun müasir mövzuları mütaliə etsin, xüsusi test tapşırıqlarını həll etsin və distant təhsilə yiyələnsin. Bu da müəyyən kredit hesabına qiymətləndiriləcək. Distant təhsilin məğzi ondan ibarətdir ki, təhsil almaq hər hansı bir zamandan və məkandan asılı olmur. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab verilir. Müdavimin bilik səviyyəsi təyin edildikdən sonra təkmilləşmək istədiyi mövzunu seçmək ona təklif olunur. Təhsilin müddəti onun yığdığı ballara uyğun təyin edilir. Bal nə qədər yüksəkdirsə müddət də o qədər qısa olur. Təsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və sonda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlandıqdan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur”.
banner

Oxşar Xəbərlər