• cümə, 29 Mart, 09:03
  • Baku Bakı 5°C

Tibb işçiləri koronaviruslu xəstələrə yüksək səviyyədə xidmət göstərirlər

17.06.20 15:07 556
Tibb işçiləri koronaviruslu xəstələrə yüksək səviyyədə xidmət göstərirlər
Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığının keşiyində dayanmaq, ömürlərə ömür calamaq, ürəklərdə həyat işığı yandırmaq müqəddəs, şərəfli və eyni zamanda, xeyirxah işdir. Dünyada itən ümidi geri qaytarmaqdan, qırılan, pərən-pərən düşən arzuları bir-birinə calamaqdan, evlərə, ailələrə səadət işığı bəxş etməkdən gözəl nə ola bilər?
AZƏRTACxəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.
O bildirib: "Koronavirus pandemiyasının yayılmağa başladığı vaxtdan tibb işçiləri hamının ümid yerinə, güvənc mənbəyinə çevriliblər. Onlar evlərindən, ailələrindən uzaq düşərək dəhşətli virusa yoluxan xəstələrin müalicə olunduğu palatalarda, reanimasiya otaqlarında bəzən fasiləsiz olaraq, bir çimir yuxu almadan, bir hovur diz qatlamadan ölüm-qalım mübarizəsi aparırlar. Ağxalatlı peşə sahibləri ümidini onlara bağlayan xəstələrə yüksək səviyyədə xidmət göstərir, onların sağalıb yenidən ayağa qalxmaları, doğma ailəyə, ocağa qayıtmaları üçün bütün qüvvələrini sərf edirlər.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında həkimlərin əməyinə yüksək qiymət verərək koronavirusla mübarizədə əsas yükün onların üzərinə düşdüyünü diqqətə çatdırıb. Dövlət başçısının martın 18-də imzaladığı "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamla pandemiya ilə mübarizə aparan dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib”.
Yazgül Abdıyeva Azərbaycanda səhiyyə sisteminin inkişafı, səhiyyə ocaqlarında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi, yeni tibb müəssisələrinin tikintisi və əsaslı təmiri, eləcə müasir cihaz və avadanlıq, lazımi dərman vasitələri ilə təminatı barədə danışın: "Koronavirusa qarşı mübarizə Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda "Yeni klinika”nın, qısa vaxt ərzində dörd modul tipli xəstəxananın açılışı koronaviruslu xəstələrin müalicəsinin yaxşılaşdırılması sahəsində mühüm bir addımdır. Virusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilən modul tipli xəstəxanalardan biri paytaxtın Bilgəh kəndiqəsəbəsindəki 28 saylı Birləşmiş Şəhər Xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərindəki 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hazırda ölkə ərazisində əlavə modul tipli xəstəxana komplekslərinin quraşdırılması üçün işlər aparılır. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2 min çarpayılıq ehtiyatı yaranacaq. Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maska qıtlığının qarşısını almaq üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular və tibbi maska istehsalı müəssisələrinin açılışı həyata keçirildi. Bütün bunlar Azərbaycanda səhiyyə sisteminin düzgün inkişaf yolunda olduğunu və uğurla inkişaf etdiyini göstərir”.
banner

Oxşar Xəbərlər