AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tibb işçiləri ilə bağlı təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb

Tibb işçiləri ilə bağlı təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb

Təfsilat
06 Avqust 2020, 14:45 285
Koronavirusa yoluxduğu üçün əmək əmək qabiliyyətini müvəqqəti itirən və bu xəstəlikdən ölən tibb işçilərinə (ailələrinə) birdəfəlik təzminatın ödənilməsi nəzərdə tutulur.
İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, Maliyyə Nazirliyi tərəfindən koronavirusa yoluxmuş tibb işçilərinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, o cümlədən ölüm halında birdəfəlik təzminatın ödənilməsi ilə bağlı təkliflər hazırlanıb.
Hazırda layihənin reallaşdırılması üçün aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.