• cümə, 19 Aprel, 11:56
  • Baku Bakı 13°C

“The Washington Times”: Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?

10.04.18 16:30 694
“The Washington Times”: Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?
"The Washington Times” qəzetində Avropa Siyasəti Analiz Mərkəzinin baş eksperti Yanuş Buqayskinin müəllifi olduğu "Azərbaycan Qərb üçün niyə əhəmiyyət daşıyır?” başlıqlı məqalə dərc olunub.
APA-nın xəbərinə görə, yazıda bildirilir ki, aprelin 11-də Azərbaycan xalqı ölkə tarixinin vacib bir mərhələsi ərəfəsində prezident seçkiləri ilə bağlı səs verəcək:
"Mayın 28-də Rusiya İmperiyasının süqutundan sonra yaranmış, lakin 2 il sonra sovet ordusu tərəfindən işğal edilmiş Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi keçiriləcək. Müasir Azərbaycan ilk müstəqil ölkənin varisidir və onun suverenliyinin qorunması Cənubi Qafqaz və ətraf regionlarda təhlükəsizliyin açarıdır. 1991-ci ilin oktyabrında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan müxtəlif regionlar arasında körpüyə, həmçinin Avropa, Rusiya, Mərkəzi Asiya, Orta Şərq və ABŞ üçün vacib olan enerji və nəqliyyat mərkəzinə çevrildi.Azərbaycan Avropanın Mərkəzi Asiyaya çıxışının mərkəzində yerləşir vəNATO-nun Əfqanıstandakı hərbi əməliyyatları üçün vacib nəqliyyat və uçuş zonasıdır. Yeni inkişaf etdirilmiş nəqliyyat dəhlizləri ilə Azərbaycan Çinlə Avropa arasında yerləşən İpək yolunda mərkəzi mövqeyə malik olacaq”.
Yazıda xatırladılır ki, 1994-cü ildə "Əsrin Müqaviləsi” imzalandı və BP-nin rəhbərliyi ilə xarici neft şirkətləri konsorsiumu Azərbaycanın Xəzər dənizindəki neft yataqlarını inkişaf etdirmək üçün hasilatın pay bölgüsü razılaşmasına daxil oldu, bununla da ölkə neft ixracını qərb istiqamətinə yönəltdi: "Bu, xarici güclərin ölkəyə təsirinin balanslaşdırılması və bununla da təhlükəsizliyin təmin edilməsi istiqamətində müttəfiqlərin axtarılması və Qərbdə önəmli bir mövqe qazanmaq baxımından strateji seçim idi. Azərbaycan Amerika biznesi üçün cəzbedici yer olub. "Exxon”, "Unocal”,"Amoco”, "Chevron”, "McDermott”, "Halliburton” və "Boeing” kimi Amerika şirkətləri müstəqillik dövründə əlverişli iqtisadi mühitdən yaralanaraq burada milyardlarla dollar qazanıblar. "AmCham” (American Chamber of Commerce in Azerbaijan) bu şirkətlərin nümayəndələrinin Azərbaycana bir neçə dəfə səfərlərini təşkil edib və yerli bizneslə əməkdaşlığı dəstəkləyib. Gələn il Azərbaycan Gürcüstan, Türkiyə, Balkan yarımadasından keçməklə Xəzər dənizindən İtaliyaya kimi uzanan Cənub Qaz Dəhlizini istifadəyə verərək ilk təbii qazının Avropaya daşınmasına başlayacaq. Bununla da Avropanın qaz təminatçılarının diversifiklasiiyasına mühüm töhfə verəcək. Cənub Qaz Dəhlizini formalaşdıran 3 nəhəng boru xəttinə 40 milyard investisiya Azərbaycan hökumətinin strateji görüşü və ilk növbədə BP olmaqla, biznes tərəfdaşlarının sadiqliyi sayəsində mümkün olub. Cənubi Qafqazda Azərbaycanın qaz təminatı Gürcüstanın enerji müstəqilliyini təmin etmək və ümumilikdə birbaşa regional təhlükəsizliyə töhfə vermək üçün son dərəcə vacibdir”.
Məqalədə diqqətə çatdırılır ki, 1990-cı ildən bu yana AzərbaycanınDağlıq Qarabağregionu ilə bağlı Ermənistanla gedən müharibə nəticəsindəDağlıq Qarabağvə ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altında qalmaqda davam edir: "Azərbaycanın qaçqın və məcburi köçkünlərinin sayı bir milyondan çoxdur. 25 ildir münaqişənin həll edilməsi və ərazilərin Bakı yurisdiksiyasına qaytarılması ilə bağlı beynəlxalq vasitəçilik uğursuzluqla nəticələnib.Dağlıq Qarabağmünaqişəsi ilə bağlıBMTTəhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını təsdiq edən 822, 853, 874 və 884 saylı 4 qətnamə hələ də həyata keçirilməyib. Cənubi Qafqazın Avropa üçün strateji mərkəzə çevrildiyi bir vaxtda yaxınlıqda yerləşən və Orta Şərqdən Mərkəzi Asiyaya kimi uzanan dəyişkən regionun təhlükəsizliyi üçünDağlıq Qarabağmünaqişəsində beynəlxalq vasitəçilik daha vacib olmağa başlayır. Azərbaycan torpaqlarının geri qaytarılması, məcburi köçkünlərin evlərinə qaytarılması, hər il baş verən toqquşmalar zamanı hər iki tərəfdən çox sayda əsgər və dinc vətəndaşların öldüyü regionun demiltiarizasiyası prosesinin başladılması ilə beynəlxalq aktorların, xüsusilə ABŞ və Aİ-nin həll üçün təzyiq etməsinin vaxtı çatıb. Azərbaycan heç bir həbi təşkilata qoşulmayıb. Bu siyasət xarici aktorlar arasında nüfuz mübarizəsindən qorunmaq üçün qəbul olunub.
Azərbaycan heç bir regional hərbi strukturlara qoşulmadan Rusiya ilə səmimi münasibət saxlayır. Azərbaycan həmçinin Xəzər və Qara dəniz hövzələrində stabilləşmə üçün Aİ vəNATOilə əməkdaşlığı formalaşdırıb. Azərbaycan hökuməti demokratik cəmiyyət qurmaq tələbi ilə ölkənin təhlükəsizliyi, suverenliyi və iqtisadi inkişafında balans yaratmağa çalışır. İnsan haqları təşkilatları demokratiyanın məhdudlaşdırılması və jurnalistlərin sıxışdırılması ilə bağlı ölkə rəsmilərini tənqid edib. Daha vacib Qərb dəstəyi almaqla, Azərbaycan söz azadlığı və plüralizmin demokratik inkişafın təməl daşı olacağını nümayiş etdirə biləcək. Və əksinə olaraq, Azərbaycan öz daxili nailiyyətlərini qeyd edə bilər. İlk dövləti qadınlara ilk dəfə səsvermə hüququ verməklə Azərbaycan bu sahədə ilkə imza atıb və qadınlara və kişilərə bərabər siyasi hüququ verən ilk müsəlman ölkəsi olub. Qadınlar müasir Azərbaycanın həyatının hər bir mərhələsində vacib rol oynayır.
Dünyəvilik bünövrə kimi bu ölkədə qorunub saxlanılır və müsəlmanların əksəriyyət təşkil etdiyi digər ölkələr üçün bir modeldir. Ərazisində uzun müddət həll olunmamış münaqişənin olduğu və regional terrorizm və islam radikalizmi təhlükəsi ilə qonşu ölkələr arasında böhranın davam etdiyi bir regional mühitdə Bakının ilkin məqsədi milli müstəqilliyi və regional stabilliyi qorumaq olmalıdır. Prezident seçkiləri Azərbaycan vətəndaşlarına hökumətin nailiyyətləri ilə bağlı mövqe bildirmək imkanı verəcək”.
banner

Oxşar Xəbərlər