• cümə, 29 Mart, 06:11
  • Baku Bakı 5°C

"Təzəpir" məscidinin qarşısında 360 yerlik avtomobil dayanacağı tikiləcək

24.10.17 10:20 1416
"Təzəpir" məscidinin qarşısında 360 yerlik avtomobil dayanacağı tikiləcək
2017-ci ilin 9 ayı ərzində yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi,FüzuliMeydanı ərazisində hərəkətin təşkili məqsədiləFüzulimeydanındakı dairədə nəqliyyatın hərəkəti bağlanıb.
"APA-Economics"in məlumatına görə, "Azəravtoyol" ASC-nin hesabatında deyilir ki, Mirzəağa Əliyev vəFüzuliküçələrindən istifadə etməklə Səməd Vurğun və Nəriman Nərimanov küçələri arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
Hesabata əsasən, Nəriman Nərimanov və Abdulla Şaiq küçələrinin tamamilə yenidən qurulması imkan verib ki, "Statistika" dairəsi kimi tanınan, daim avtomobil tıxacları yaranan dairə ləğv edilərək nəqliyyatın fasiləsiz hərəkətini təmin edən rahat yol qovşağı yaradılsın. Bundan başqa, hesabat dövründə Nəriman Nərimanovun heykəlinin ətrafındakı sərt sola dönmə də ləğv edilib və bir az qabaqda - Nəriman Nərimanov küçəsində yeni dairə tipli yol qovşağı tikilib.
Hesabatda deyilir ki, yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün "Təzəpir" məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12,6 min kvadratmetr sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər