• şənbə, 20 Aprel, 07:30
  • Baku Bakı 14°C

Təzə Pir məscidi olan küçəyə Nabat Aşurbəyovanın adı verildi

10.12.13 15:02 1802
Təzə Pir məscidi olan küçəyə Nabat Aşurbəyovanın adı verildi
Azərbaycan prezidenti İlham Əliyevin tövsiyəsi ilə Bakının Səbail rayonundakı Mustafa Sübhi küçəsinin adı dəyişdirilərək Nabat Aşurbəyova adlandırılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bu barədə BŞİH başçısı Hacıbala Abutalıbov bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, Mustafa Sübhi (1888-1921) Türkiyə Kommunist Partiyasının lideri, Nabat Aşurbəyova (1795-1912) isə məşhur Azərbaycan xeyriyyəçisi olub. Təzə Pir məscidi onun şəxsi vəsaiti ilə tikilib. Özünün və oğlu Hacı Abbasqulunun məzarları məscidin giriş qapısındadır. Təzə Pir məscidi keçmiş Mustafa Sübhi, bu gündən Nabat Aşurbəyovanın adını daşıyan küçədə yerləşir.
banner

Oxşar Xəbərlər